R. Brown
Robert Broun, Robert Braun (ing. Robert Brown, 21 dekabr 1773[…] – 10 iyun 1858[…], London) — XVIII-XIX əsrlərdə yaşamış britaniyalı (şotland) botanik, bitki morfoloqu və təsnifatçısı, Broun hərəkətinin müəllifi.
== Həyatı ==
21 dekabr 1773-cü ildə Şotlandiyada Montroz şəhərində dünyaya gəlmiş, Aberdində, Edinburq universitetində 1789-1795 ci illərdə tibb və botanikadan təhsil almışdır. Ferdinand Bauer ilə Avstraliya və Tasmaniya kimi adaları gəzərək bir çox bitkilər növləri aşkar etmişlər. 1805-ci ildə Robert Broun Böyük Britaniyaya qayıdan zaman 4 minə yaxın bitki götürmüşdü. Robertin xidməti əvəzsiz olduğuna görə 1849-1853-cü illər ərzizndə Londonda "Lineya cəmiyyəti"nin prezidenti olmuşdu. Robert 10 iyun 1858-ci ildə vəfat etmiş və Londonda dəfn edilmişdi.
== Həmçinin bax ==
Broun hərəkəti
== Mənbə ==
Ford B. J. Brownian movement in Clarkia pollen: a reprise of the first observations // The Microscope. 1992. Vol.